Bakı.Trend:
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) azarkeşlərə 79 ABŞ dolları müqabilində Dünya Çempionatı oyunları zamanı stadionların böyük ekranlarında öz adlarını yerləşdirmək imkanı təklif edir.
Trend xəbər verir ki, bu barədə “The Athletic” portalı məlumat yayıb.
Təklif qrup mərhələsinin bütün 72 oyununu əhatə edir. Bildirilir ki, bu xidmət çərçivəsində azarkeşin adı oyundan əvvəlki isinmə məşqi zamanı stadionun tablo və ya böyük ekranlarında nümayiş oluna bilər.
Həmçinin göndərilən mətnlərdə emojilərdən istifadəyə icazə verilmir və mətn uzunluğu 30 simvolla məhdudlaşdırılır.
Dünya Çempionatı 11 iyun–19 iyul tarixlərində keçiriləcək. Oyunlar ABŞ, Meksika və Kanadada baş tutacaq. Turnirdə ilk dəfə olaraq 48 komanda iştirak edəcək.
