Bakı. Trend:
Kuba sahillərində 6,0 bal gücündə zəlzələ baş verib.
Trend xarici mediaya istinadla xəbər verir ki, bu barədə Almaniya Geologiya Elmləri Tədqiqat Mərkəzinin məlumat yayıb.
Bildirilib ki, zəlzələ 10 kilometr (6,21 mil) dərinlikdə baş verib. Dağıdıcı təsirlər barədə dərhal məlumat verilməyib.
ABŞ Geoloji Xidməti isə zəlzələnin 6,1 bal gücündə olduğunu və episentrinin Kubanın Mantua şəhərindən 104 km şimal-qərbdə olduğunu bildirib.
Məlumatına görə, zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.
