Litva 1 milyard avro dəyərində hərbi nəqliyyat vasitələri alacaq

Dünya xəbərləri Materials 9 İyun 2026 23:17 (UTC +04:00)

Bakı. Trend:

Litva ordu üçün 1 milyard avroya yolsuzluq avtomobilləri və yük maşınları da daxil olmaqla hərbi nəqliyyat vasitələri almaq niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə Litva Müdafiə Nazirliyi xəbər verib.

""Veho Lietuva" şirkəti ilə imzalanmış müqaviləyə əsasən, silahlı qüvvələr üçün MB G-Class yolsuzluq avtomobilləri, MB Unimog, MB Zetros və MB Arocs markalı yük avtomobilləri alınacaq", - deyə bildirilib.

Avadanlıqların çatdırılmasına 2026-cı ildə başlanacaq. Müqavilənin 2032-ci ildə başa çatması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti