Bakı. Trend:
ABŞ, çox güman ki, münaqişə nəticəsində dağıdılmış İran infrastrukturunun bərpasında iştirak edəcək.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp "ABC News" televiziya kanalına müsahibəsində deyib.
"Bütün bu infrastrukturun, yeni körpülərin, yeni zavodların tikintisini kimsə həyata keçirməli olacaq. Bilirsiniz, onlar bir trilyon dollardan, bəlkə də daha çox məbləğdən danışırlar. Buna görə də biz, çox güman ki, bərpa prosesinə və yenidənqurma işlərinə yardımda iştirak edəcəyik", - deyə o bildirib.
Televiziya aparıcısının bunun İkinci Dünya Müharibəsindən sonra ABŞ-nin Avropa ölkələrinə yardımını nəzərdə tutan Marşal Planına bənzəyib-bənzəməyəcəyi barədə sualına Amerika lideri müsbət cavab verdi. Lakin o əlavə edib ki, Vaşinqton "[İranın] neftinin yarısını alacaq".