ABŞ helikopterin vurulmasından sonra İrana qarşı hava hücumlarına başlayıb

Dünya xəbərləri Materials 10 İyun 2026 01:46 (UTC +04:00)
ABŞ helikopterin vurulmasından sonra İrana qarşı hava hücumlarına başlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ ordusu Hörmüz boğazı üzərində vurulan "Apache" helikopterindən sonra İrana zərbələr endirib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandalığı "X" sosial şəbəkəsində yazıb.

"Ali Baş Komandanın əmri ilə Mərkəzi Komandanlıq qüvvələri Şərq vaxtı ilə saat 17:00-da İrana qarşı özünümüdafiə zərbələri endirməyə başlayıb. Bu, dünən ABŞ ordusuna məxsus "Apache" helikopterinin vurulmasına cavab olaraq edilib", - deyə bildirilib.

Mərkəzi Komandanlıq hücumun Tehranın hərəkətlərinə "mütənasib cavab" olduğunu bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti