İranla razılaşma günlər və ya aylar çəkə bilər - Cey Di Vens

Dünya xəbərləri Materials 10 İyun 2026 02:50 (UTC +04:00)
İranla razılaşma günlər və ya aylar çəkə bilər - Cey Di Vens
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ və İran mübahisələrin həlli üçün gələn həftənin əvvəlində razılığa gələ bilərlər, lakin proses aylarla təxirə salına bilər.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens "CBS News" telekanalına müsahibəsində deyib.

"Düşünürəm ki, gələn həftə razılaşma əldə edə bilərik. Amma ola bilsin ki, sazişə nail olmaq üçün hələ aylar lazım olsun", - deyə o bildirib.

Eyni zamanda, vitse-prezident 2026-cı ilin noyabr ayında keçirilməsi planlaşdırılan ABŞ Konqresinə ara seçkilərdən əvvəl razılaşmanın əldə edilə biləcəyinə əminliyini ifadə etdi.

Vens vurğulayıb ki, o, ABŞ üçün iqtisadi cəhətdən faydalı olacaq bir razılaşma üzərində razılaşmanın mümkün olduğunu hesab edir.

Xəbər lenti

Xəbər lenti