...

Bu gündən etibarən Gürcüstanda qazın qiyməti artır

Dünya xəbərləri Materials 1 May 2006 17:13 (UTC +04:00)

Bu gündən etibarən Gürcüstanda qazın qiyməti artır. Belə bir qərar Eenergetikanın Tənzimlənməsi üzrə Dövlət Komissiyası tərəfindən qəbul olunub.

Trend agentliyinin məlumatına əsasən, bu, Rusiyanın Gürücstan üçün qazın qiymətinin 1000 kub metrə görə 65 dollardan 110 dollara qaldırılması haqqında qərarı ilə bağlıdır. Nəticədə gürcülər 1000 kub metr qaza görə 34 tetri, yəni 7 tetri çox ödəməli olacaq.

Qışda hökumət yaranmış fərqlə əlaqədar subsidiya ayırırdı, lakin may ayından bu proses dayandırılıb. Bu barədə "Praym-Nyus" xəbər verib.

Xəbər lenti

Xəbər lenti