...

Tiflisdə "Gürcüstanın müdafiəsi"nə həsr olunmuş üçgünlük konfrans keçiriləcək

Dünya xəbərləri Materials 1 May 2006 17:29 (UTC +04:00)

Gürcüstan Müdafiə Nazirliyinin təşəbbüsü ilə mayın 2-də Tiflisdə "Gürcüstanın müdafiəsi"nə həsr olunmuş üçgünlük konfrans keçiriləcək. Konfransda hökumət

, qeyri-hökumət sektoru, HATO-ya üzv ölkələrin Gürcüstanda akkreditə olunmuş diplomatları və beynəlxalq ekspertlər iştirak edəcək.

Trend in xəbər verdiyi kimi, konfransda Gürcüstan Silahlı Qüvvələrinin yenidən foomalaşdırılması, o cümlədən regional təhlükəsizlik məsələləri və regionda təhlükəsizliyin inkişafında Gürcüstanın rolu müzakirə olunacaq.

Konfransda HATO baş katibliyinin müavini Con Kolston, HATO Parlament Assambleyası nümayəndələri, beynəlxalq fond və institutların ekspertləri iştirak edəcək.

Konfrans başa çatdıqdan sonra Borjomi dərəsində (şərqi Gürcüstan) qonaqlar üçün mədəni proqram və gürcü çaxırlarının dequstasiyası nəzərdə tutulub. Bu barədə "Kavkaz-Press" xəbər verir.

Xəbər lenti

Xəbər lenti