...

2009-cu ilin sonlarına kimi Gürcüstan ordusu müqavilə xidmətinə keçəcək

Dünya xəbərləri Materials 1 May 2006 19:08 (UTC +04:00)

2009-cu ilin sonlarına kimi gürcü ordusu müqavilə xidmətinə keçəcək. Bu barədə Gürcüstanın Silahlı Qüvvələrinin yaradılmasının 15 -ci ildönümü ilə bağlı Senaki hərbi bazasında keçirilən mərasimdə çıxış edən Gürcüstanın müdaifə naziri İrakli Okruaşvili jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, orduya çağırış sövet dövrünün qalığıdır.

"Çağırışçılar əhəmiyyətli dərəcədə böyük problemlər yaradır və müqavilə ilə xidmət edənlərdən aşağı döyüş qabiliyyətinə malik olurlar. Çağırışçılar dövlətə daha ucuz başa gəlirlər. Lakin Gürcüstan 100 minlik orduya malik olan ölkələrdən deyil", -deyə Okruaşvili bəyan edib.

Gürcüstanın Müdafiə Nazirliyinin məlumatına görə, bir çağırışçının illik əmək haqqı 129,6 lari (72 dollar), müqavilə üzrə xidmət edənin isə 5688,0 lari (3160 dollar) təşkil edir. Dövlətə təcili qulluq edən hərbi qulluqçuların ümumi saxlanması ildə dövlətə 1803,22 lariyə (1001 dollara), müqavilə üzrə xidmət göstərənlər isə - 7606,48 lari (4226 dollar) başa gəlir. Bu barədə "Qafqaz-Press" agentliyi məlumat yayıb.

Xəbər lenti

Xəbər lenti