...

Türkiyə polisi 1 may nümyaişçilərini dağıdıb

Dünya xəbərləri Materials 1 May 2006 19:14 (UTC +04:00)

NTV telekanalının yaydığı məlumata əsasən, Türkiyə polisi bazar ertəsi İstanbulun mərkəzində icazəsiz 1 may nümayişində azı 25 nəfəri saxlayıb. Xəsarət alanlar olsa da, onların sayı məlum deyil.

Trend agentliyi xəbər verir ki, solçuları təmsil edən nümayişçilər Amerika əleyhinə şüarlar səsləndirərək, polisin dağılışmaq əmrinə tabe olmaqdan imtina edib. Qanun keşikçiləri müqavimət göstərməyə cəhd edən nümayəişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Həbs olunanlar təhlükəsizlik idarəsinə gətirilib.

İcazəli rəsmi 1 may nümayişi isə Kadıköy rayonunda keçirilib. Bu tədbir həmkarlar ittifaqları və bir sıra solçu siyasi partiyalar tərəfindən təşkil olunub.

Kadıköydə gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb. Bundan əlavə, rayon üzərində polis vertolyotları növbə ilə keşik çəkib.

1 may nümayişləri zamanı Aralıq dənizi sahilindəki Mersin şəhərində də insident baş verib. Yerli telekanalın yaydığı məlumata əsasən, Mersində polis kürd separatçılarının lehinə şüarlar səsləndirən nümayişçilərə qarşı güc tətbiq edib. Bundan əlavə, nümayiş zamanı təxribatlar təşkil etməkdə günahlandırılan bir neçə nəfər saxlanılıb.

Türkiyədə ən böyük 1 may nümayişi paytaxt Ankarada təşkil olunub. Tədbirdə çıxış edən Turk-Is həmkarlar ittifaqları konfederasiyasının rəhbərləri hökumətdən 1 mayı rəsmi bayram elan etməyi tələb edib. Ankaradakı nümayiş insidentsiz keçir. Bu barədə RİA "Novosti" xəbər verib.

Xəbər lenti

Xəbər lenti