...

Gürcüstanın müdafiə naziri rus pivəsinin satışını qadağan etmək istəyir

Dünya xəbərləri Materials 2 May 2006 16:02 (UTC +04:00)

Gürüstanın müdafiə naziri İrakli Okruaşvili Rusiya pivəsinin ölkəsinə gətirilməsinə qoyulan qadağanın tərəfdarı kimi çıxış edib.

"RF-dan gətirilən pivə Gürcüstanın pivə bazarının 15%-ə yaxınını zəbt edir. Mən şəxsən RF-dan ölkəmizə pivə idxalının qadağan olunması barədə qərarın qəbul edilməsini alqışlayardım. Bu, məhsulu heç də Rusiya məhsulundan geri qalmayan Gürcüstan şirkətlərinə böyük gəlir gətirərdi", - deyə Okruaşvili jurnalistlərə bəyan edib.

İTAR-TASS-ın məlumatına görə, bu arada Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri "hazırki mərhələdə ölkəyə rus pivəsinin gətirilməsinə qadağa qoyulması məsələsinin gündəlikdə olmadığını" bildiriblər. Struktur və iqtisadi islahatlar üzrə dövlət naziri Kaxi Bendukidzenin sözlərinə görə, " Rusiya pivəsinin Gürcüstana gətirilməsinə yalnız o zaman qadağa qoyula bilər ki, onun sağlamlıq üçün təhlükəli olduğu müəyyən edilsin". Bu barədə "Vzqlyad" məlumat verib.

Xəbər lenti

Xəbər lenti