...

Kaxa Bendukidze: Gürcüstan MDB-dən çıxmaq üçün ikitərəfli sazişləri rəsmiləşdirməlidir

Dünya xəbərləri Materials 2 May 2006 17:27 (UTC +04:00)

İslahatların koordinasiyası məsələləri üzrə nazir Kaxa Bendukidze bildirib ki, Gürcüstan MDB ölkələri ilə sərbəst ticarətin aparılması haqqında ikitərəfli sazişlərin rəsmiləşdirilməsi istiqamətində iş aparır.

K.Bendukidzenin jurnalistlərə bildirdiyinə görə, artıq 7 saziş rəsmiləşdirilib və daha 4-nün rəsmiləşdiriilməsi gözlənilir.

"Bir həftə ərzində MDB-dən çıxmaq haqqında qərar qəbul oluna bilər. Bu təşkilatda sərbəst ticarət və vizasız rejim haqqında sənədlər də daxil olmaqla, çoxlu sayda sazişlər mövcuddur" - deyə nazir vurğulayıb.

Trend agentliyinin məlumatına əsasən, K.Bendukidze deyib ki, Rusiya vizasız rejim haqqında sazişdən çıxıb, eləcə də gürcü məhsullarının satışına "Güya təhlükəsizlik baxımından" qadağa qoymaqla sərbəst ticarət sazişini kobud şəkildə pozub.

"MDB çərçivəsində bir çoxtərəfli saziş çoxlu sayda ikitərəfli sənədlə əvəzlənməlidir. Əgər Gürcüstan bunu gerçəkləşdirə bilsə, təşkilatdan çıxdığı təqdirdə itki az olacaq və ya heç olamayacaq" - deyə nazir əlavə edib. Bu barədə "Praym-nyus" xəbər verib.

Xəbər lenti

Xəbər lenti