...

Qazprom Avropaya qaz tədarükünü azaltmağı planlaşdırmır

Dünya xəbərləri Materials 2 May 2006 19:02 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, "Qazprom" ASC Avropaya qaz tədarükünü azaltmağı planlaşdırmır. Bu barədə mayın 2-də "Exo Moskvı" radiostansiyasının efirində holdinqin rəsmi nümayəndəsi Sergey Kupriyanov bəyan edib. Onun sözlərinə görə, mövcud müqavilələrin şərtləri "tam həcmdə yerinə yetiriləcək".

"Qazprom Avropa bazarının artan tələbatını da təmin etməyə hazırdır. Ancaq bu halda "bizim payımız təxminən dörd dəfə artacaq", - deyə S.Kupriyanov vurğulayıb. O əlavə edib ki, qaz holdinqi "heç kimi hədələmir". "Ukrayna ilə yaşanmış hadisə siyasətçilərə öz məqsədlərinə çatmaq üçün bəhanə olub", - deyə S.Kupriyanov bildirib. O, söhbətin hər şeydən əvvəl Avropa Birliyindən getdiyinə aydınlıq gətirib.

Xatırladaq ki, aprelin 18-də AB ölkələrinin səfirləri ilə görüşündə Qazprom rəhbəri Aleksey Miller bəyan edib ki, "Avropa bazarında Qazpromun fəaliyyətini məhdudlaşdırmaq və qaz tədarükü məsələlərini siyasiləşdirmək cəhdləri yaxşı nəticələrə gətirib çıxarmayacaq". Öz növbəsində, Avropa Komissiyası Rusiya qazının Çin və ABŞ-a tədarükünün diversifikasiyası haqqında tezisdən istifadə edərək Qazpromdan AB-ni hədələməməyi xahiş edib.

Bu yaxınlarda Brüssel və Vaşinqtonun rəsmi şəxsləri Avropa və ABŞ-ın "Rusiyanın enerji hədələrinə" qarşı birgə mübarizəyə başlaması mümkünlüyü haqqında bəyan edib. Avropa Komissiyasının sədri Joze Manuel Barozu Rusiyaya qarşı enerji ehtiyatları problemi üzrə mübarizədə Avropanı dəstəkləmək təklifi ilə ABŞ Dövlət Departamentinə müraciət edib. O qeyd edib ki, "enerji ehtiyatları tədricən siyasi təzyiq alətinə çevrilir".

ABŞ Dövlət Deparğtamentinin nümayəndəsi Daniel Frid nəzərə çatdırıb ki, Qərb bir daha enerji ehtiyatları ilə bağlı qeyri-sabitliyə yol verə bilməz. Bu barədə RBK xəbər verir.

Xəbər lenti

Xəbər lenti