...

BMT Təhlükəsizlik Şurasının daimi üzvləri İranla bağlı razılığa gələ bilməyib

Dünya xəbərləri Materials 3 May 2006 12:48 (UTC +04:00)

Mayın 2-də BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkələrin nümayəndələri İranın nüvə proqramının həllinə yönəlmiş gələcək addımlarla bağlı razılığa gələ bilməyib. Bu barədə AFP xəbər verir.

Trend in məlumatına görə, İranın nüvə proqramı ilə bağlı aparılan danışıqlar mayın 2-də axşam Parisdə başa çatıb. ABŞ dövlət katibinin müavini Nikolas Bernsin (Nicholas Burns) sözlərinə görə, "hələlik razılaşma ədə olunmayıb. Danışıqlar Nyu-Yorkda davam etdiriləcək. Bundan başqa, BMT TŞ ölkələri XİN başçılarının görüşü planlaşdırılıb. Bu görüşdə də İranın nüvə proqramı müzakirə olunacaq".

Öz növbəsində, Fransa XİN nümayəndəsi Jan-Batist Matte (Jean-Baptiste Mattei) Paris danışıqları başa çatdıqdan sonra bildirib ki, Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa nümayəndələri belə bir vahid fikrə gəlib ki, İranın nüvə proqramı "dünya ictimaiyyətinin tələbləri ilə ziddiyyət təşkil edir ki, bu da böyük narahatlıq doğurmaya bilməz".

Onun sözlərinə görə, qarşıdakı Nyu-York danışıqlarında BMT TŞ-nin daimi üzvləri və Almaniya qətnamənin mətnini razılaşdırmaq niyyətindədir. Bu qətnamədə İranın nüvə proqramına qarşı "sərt mövqe" nümayiş etdiriləcək. Bu barədə "Lenta.ru" xəbər verir.

Xəbər lenti

Xəbər lenti