...

"Ermənistan aviaxətti"nə məxsus təyyarənin qəzaya uğrması nəticəsində həlak olan 18 nəfərin cəsədi sudan çıxarılıb

Dünya xəbərləri Materials 3 May 2006 13:05 (UTC +04:00)

Bu gün "Ermənistan aviaxətti"nə məxsus A-320 təyyarəsinin qəzaya uğrması nəticəsində həlak olan 18 nəfərin cəsədi sudan çıxarılıb. Bu barədə "İnterfaks-Yuq" agentliiynə RF FHN-nin cənub regional mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

Trend in verdiyi məlumata görə, hazırda gəmilər cəsədlərin qalıqlarını, təyyarənin gövdəsini və yüklərin sudan çıxarılmasını davam etdirir.

Ermənistanda naviqasiya və aviasiya təhlükəsizliyi üzrə ekspertlərdən ibarət xüsusi komissiya yaradılıb. Bu komissiya Rusiya tərəfi ilə birgə Yerevandan Soçiyə uçan A-320 təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdıracaq.

Ermənistanın mülki aviasiya idarəsindən bildirilib ki, təyyarədə aralarında 6 uşaq, 63 kişi və 36 qadın olmaqla 105 sərnişin, eləcə də 8 heyət üzvü olub. Bu barədə İnterfaks məlumat verib.

Xəbər lenti

Xəbər lenti