...

BMT-nin baş katibi qlobal əks-terror strategiyasını təqdim edib

Dünya xəbərləri Materials 3 May 2006 13:36 (UTC +04:00)

Qlobal əks-terror strategiyasının məqsədi terror aktlarının qarşısını almaq üçün BMT-yə üzv ölkələrin səylərini birləşdirməkdən ibarətdir. Bu, BMT baş katibinin "Terrorçuluqla mübarizədə birlik: qlobal əks-terror əməliyyatı ilə bağlı tövsiyələr" adlı məruzəsinin əsas mahiyyətini təşkil edir. Çərşənbə günü Koffi Annan məruzəni BMT-nin 60-cı Baş Assambleyasının iştirakçılarına təqdim edib.

Trend in xəbər verdiyi kimi, sənəddə həmçinin insan hüquqlarını pozmamaq şərtilə terrorçuluğa qarşı milli hüquqi və güc mexanizmlərini möhkəmləndirmək zərurəti də qeyd olunur.

Strategiyanın əsasında terrorçuluğun yolverilməz olduğu və buna bəraət qazandırılmasının qeyri-mümkünlüyü ilə bağlı sarsılmaz tezis durur. Bu barədə "İnterfaks" xəbər verir.

Xəbər lenti

Xəbər lenti