...

Türkiyənin baş naziri: İran atom enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququna malikdir

Dünya xəbərləri Materials 3 May 2006 19:01 (UTC +04:00)

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan İranın atom enerjisindən dinc məqsədlərlə istifadə hüququnu qanuni hesab edir.

İRNA müxbirinin Türkiyənin "Hürriyət" qəzetinə istinadən xəbər verdiyi kimi, R.T.Ərdoğan bu barədə Ankarada Bəhreyn XİN başçısı şeyx Məhəmməd bin Mübarək bin Xalid əl-Xəliflə görüşündə bəyan edib.

O vurğulayıb ki, İran nüvə texnologiyasından dinc məqsədlərlə istifadə hüququna malikdir.

R.T.Ərdoğan onu da bəyan edib ki, Türkiyə nüvə silahının yaradılması və tətbiqinə qarşıdır və Yaxın Şərqin nüvəsizləşdirilməsinin tərəfdarıdır.

Xatırladaq ki, İsrail nüvə silahına malik olan yeganə Yaxın Şərq ölkəsidir.

Xəbər lenti

Xəbər lenti