...

Böyük Britaniya və Fransa İran üzrə qətnamənin layihəsini BMT-yə təqdim ediblər

Dünya xəbərləri Materials 4 May 2006 13:04 (UTC +04:00)

Böyük Britaniya və Fransa İranın nüvə proqramı ilə əlaqədar bu ölkəyə sanksiyalar tətbiq edilməsinə gətirib çıxara biləcək Təhlükəsizlik Şurasının qətnaməsinin layihəsini BMT-də paylayıblar. Bu barədə Britaniyanın Bi-bi-si teleradio şirkəti məlumat yayıb.

Məlumata görə, qətnamə layihəsini ABŞ və AFR də dəstəkləyib.

Trend in verdiyi məlumata görə, əgər Tehran uranın sənaye üsulu ilə zənginləşdirilməsindən imtina etməzsə, bu sanksiyalar tətbiq edilə bilər.

Fransanın BMT-dəki səfiri Jan-Mark de lya Sablyer deyib ki, İrana iyunun əvvəllərinə kimi nüvə silahının yaradılmasına gətirib çıxara biləcək istənilən fəaliyyəti dondurmaq barədə təklif olunacaq. Bu barədə İnterfaks məlumat yayıb.

Xəbər lenti

Xəbər lenti