...

11 sentyabr terror aktlarında yeganə günahkar bilinən Zakarias Mussaui ömürlük həbs cəzasına məhkum edilib

Dünya xəbərləri Materials 4 May 2006 13:38 (UTC +04:00)

Andlılar məhkəməsinin çıxardığı hökmə əsasən, 2001-ci il 11 sentyabr terror aktlarının yeganə günahkarı olan Zakarias Mussauini ömürlük həbs cəzasına məhkum edib.

Trend in verdiyi məlumata görə, bundan əvvəl Aleksandriya (ABŞ, Virciniya ştatı) şəhərinin hakimi Devid Raskin Z. Mussauiyə qarşı ölüm hökmü çıxarılması təklifi ilə çıxış etmişdi.

Z.Mussaui bu iş üzrə yeganı günahkar sayılır. O, 2001-ci ilin avqustunda, terror aktlarından bir ay əvvəl həbs edilib. Sonralar istintaq zamanı o, həmin hadisələrdə iştirak etməli olduğunu, eləcə də onun sərnişin təyyarəsini ələ keçirərək Ağ Evə hücum etməli olduğunu etiraf edib. Həmçinin, o bildirib ki, həbs olunduqdan dərhal sonra müstəntiqlərə terror aktının keçirilməsinə mane olmamaq üçün yalan danışıb. Bu barədə İnterfaks məlumat verib.

Xəbər lenti

Xəbər lenti