...

Corc Buş "səkkizliyin" sammiti ərəfəsində Almaniyaya səfər edəcək

Dünya xəbərləri Materials 4 May 2006 15:33 (UTC +04:00)

Corc Buş Sankt-Peterburqda keçiriləcək "səkkizliyin" sammiti ərəfəsində Angela Merkelin dəvəti ilə Almaniyaya səfər edəcək.

"Mən Almaniyaya "Böyük səkkizliyin" sammitinə kimi getməyə hazırlaşıram", - deyə Buş çərşənbə günü axşam öz iqamətgahında ABŞ paytaxtında səfərdə olan Merkellə şam yeməyindən qabaq jurnalistlərə bildirib.

RİA "Novosti"nin məlumatına görə, Almaniya kansleri Buşu dəvət etdiyini təsdiqləyib.

"Mən prezidenti "səkkizliyin" sammitinə kimi mənim seçki dairəmdə olması və əldə olunanların kiçik bir hissəsini ona göstərmək üçün dəvət etmişəm", - deyə Merkel bildirib və Ağ Evin rəhbərinə əvvəllər "divarların o tayında yaşayan" özü kimi adamların Almaniyada hazırda necə yaşadıqlarını nümayiş etdirmək niyyətindədir.

Merkeli " qeyri-azad dünyada yaşamağın nə olduğunu dərk edən incə lider" adlandıran Buş deyib ki, ona "dünyada belə perspektivə malik, rahatsızlıq görən və kommunist rəhbərin dəmir əli altında yaşamağın nə olduğunu bilən tərəfdaşın" olması çox vacibdir. Bu barədə "Vzqlyad" məlumat verib.

Xəbər lenti

Xəbər lenti