...

Avropa Şurasının siyasi məsələlər üzrə baş direktoru: "Cənubi Qafqaz ölkələrinin Avropanın bir hissəsi olduğunu əminliklə demək olar"

Dünya xəbərləri Materials 5 May 2006 13:35 (UTC +04:00)

Mayın 5-də Avropa Şurasının siyasi məsələlər üzrə baş direktoru Jan-Lui Loran (Jean-Louis Laurens) İrəvanda bəyan edib ki, "Cənubi Qafqaz ölkələrinin Avropanın bir hissəsi olduğunu əminliklə demək olar".

Trend in xəbər verdiyi kimi, o, 2007-2008-ci illərdə Ermənistanda keçiriləcək parlament və prezident seçkilərində şəffaflıq və ədalətin təmin olunmasının vacibliyini vurğulayıb.

Bu gün İrəvanda Ermənistanın AŞ-yə üzvlüyünün 5 illiyinə həsr olunmuş konfrans keçirilir. Bu barədə Mediamaks xəbər verir.

Xəbər lenti

Xəbər lenti