...

Corc Buş: ABŞ İrana təzyiq göstərməkdə davam edəcək

Dünya xəbərləri Materials 5 May 2006 14:00 (UTC +04:00)

ABŞ Tehranı Beynəlxalq Atom Enerjisi Agentilyi və BMT Təhlükəsizlik Şurasının tələblərinə tabe olmağa məcbur etmək üçün İran hökumətinə təzyiq göstərməkdə davam edəcək. Trend in xəbər verdiyi kimi, bu fikri ABŞ prezidenti Corc Buş mayın 4-də axşam Amerikanın yəhudi komitəsinin yaradılmasının 100 illiyinə həsr olunmuş təntənəli iclasda çıxışı zamanı təsdiqləyib.

O bildirib ki, ABŞ "öz xalqını əzən, terrorçuları dəstəkləyən, regionda qeyri-sabit vəziyyət yaradan, İsraili hədələyən və nüvə silahı yaradacağı ilə bağlı dünyaya meydan oxuyan" İranın hərəkətlərindən narahatdır."Amerika bu təhlükələri aradan qaldırmaq üçün qüvvələrin birləşdirilməsini davam etdirəcək", - C.Buş qeyd edib.

Onun sözlərinə görə, Amerika "bu istiqamətdə uğurlar əldə edir". Amerika, onun avropalı müttəfiqləri, Rusiya və Çinin ümumi məqsədi İranın nüvə silahına malik olmasına imkan verməməkdir", - deyə Vaşinqton administrasiyasının rəhbəri vurğulayıb. Bu barədə İTAR-TASS xəbər verir.

Xəbər lenti

Xəbər lenti