...

İran ticarətin avro ilə aparılacağı neft birjası açır

Dünya xəbərləri Materials 5 May 2006 18:45 (UTC +04:00)

Mayın 5-də İran hökuməti ticarətin Avropanın vahid valyutası olan avro ilə aparılacağı neft birjas açıb. Bu birja Nyu-York, London, Sinqapur və Tokiodan sonra 5-ci neft ticarət mərkəzi olacaq. Qeyd edək ki, bu ölkələrdə ticarət dollarla həyata keçirilir. Associated Press-in yerli KİV-ə istinadən xəbər verdiyi kimi, birja Fars körfəzindəki Kiş adasında qeydiyyata alınıb və ölkənin Neft Nazirliyindən müvafiq lisenziya alıb. Burada hansı şirkətlərin əməliyyat aparacağı hələlik məlum deyil. Bazanın açılış tarixi də hələlik məlum deyil.

Trend in xəbər verdiyi kimi, Tehranda belə planlar çoxdan mövcud idi. İlk dəfə bu ideya 2004-cü ildə Məhəmməd Hatəminin hakimiyyəti dövründə yaranıb. 2006-cı ilin əvvəlində ölkə parlamenti ABŞ-ın İran iqtisadiyyatına təsirini azaltmaq məqsədilə özünün neft bazarının yaradılması ilə bağlı hökumətə müraciət edib.

Analitiklərin fikrincə, uğur əldə olunduğu halda, bu ideya bir çox ölkələrin mərkəzi banklarını birjada əməliyyatların rahat aparılması üçün valyuta ehtiyatlarını avroya çevirməyə məcbur edəcək ki, bu da ABŞ dollarının məzənnəsinin aşağı düşməsinə gətirib çıxaracaq. Bu barədə RBK xəbər verir.

Xəbər lenti

Xəbər lenti