...

Riçard Çeyni rəsmi səfərlə Qazaxıstana gəlib

Dünya xəbərləri Materials 5 May 2006 19:25 (UTC +04:00)

Mayın 5-də ABŞ-ın vitse-prezidenti Riçard Çeyni ikigünlük səfərlə Astanaya yola düşüb. Məqsəd Qazaxıstan prezidenti ilə regional sabitlik, terrorçuluqla mübarizə, ticarət və digər məsələləri müzakiə etməkdən ibarətdir.

Trend in xəbər verdiyi kimi, vitse-prezidentin təyyarəsi yerli vaxtla saat 16:00-da Astana hava limanında yerə enib. Hava limanında R.Çeynini xarici işlər naziri Kasımjomart Tokayev və ABŞ-ın Qazaxıstandakı səfiri Con Ordvey qarşılayıb.

R.Çeyni Qazaxıstanda bir sıra görüşlər keçirməyi planlaşdırır. Bunlar arasında dövlət başçısı Nursultan Nazarbayevlə görüş əsas yer tutur.

Danışıqlar zamanı beynəlxalq və regional sabitlik və təhlükəsizik, energetika sahəsində qarşılıqlı fəaliyyət, terrorçuluqla mübarizə, ticari-iqtisadi əməkdaşlığın inkişafı, demokratik islahatların davam etdirilməsi ilə bağlı məsələlərə toxunulacaq. Bu barədə ANNNews xəbər verir.

Xəbər lenti

Xəbər lenti