...

Mixail Saakaşvili Batumidə acar inqilabının ikiilliyini qeyd edir

Dünya xəbərləri Materials 6 May 2006 14:21 (UTC +04:00)

Şənbə günü prezident Mixail Saakaşvili Batumiyə gəlib. Qeyd edək ki, burada acar inqilabının ikiilliyi qeyd olunur.

Acarıstan hökumətindən Praym-Nyusa verilən məlumata görə, prezident inşa edilən obyektlərə və tikintisinə başlanan Batumi hava limanına baş çəkəcək.

Bayram tədbirləri çərçivəsində Acarıstanda gerçəkləşdirilməsi nəzərdə tutulan layihələrin təqdimatı planlaşdırılır.

Qeyd edək ki, 6 may 2004-cü ildə Acarıstan Muxtariyyətinin rəhbəri Aslan Abaşidze mitinqçilərin təzyiqi nəticəsində istefa verərək Batumini tərk etmişdi.

Xəbər lenti

Xəbər lenti