...

Gürcüstan BMT-nin İnsan haqları üzrə Şurasında yer uğrunda mübarizə aparır

Dünya xəbərləri Materials 8 May 2006 14:15 (UTC +04:00)

Mayın 9-da BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İnsan haqları üzrə Şuraya seçkilər başlayır. Bu gün bu yeni orqanda 47 yerə 65 dövlət iddiaçıdır. Ən gərgin mübarizə Şərqi Avropa dövlətləri qrupu üçün ayrılan 6 yer uğrunda olacaq.

Trend in verdiyi məlumata görə, həmin yerləri tutmaq istəyi ilə regionun 13 ölkəsi çıxış edib. Bu barədə BMT-nin xəbər mərkəzi məlumat verib. Şurada Şərqi Avropa qrupu uğrunda Azərbaycan, Albaniya, Ermənistan, Macarıstan, Gürcüstan, Latviya, Litva, Polşa, Rusiya, Rumıniya, Sloveniya, Ukrayna və Çex Respublikası mübarizə aparır. Bu qrupa cəmi 22 ölkə daxildir.

Xəbər lenti

Xəbər lenti