...

Gürcüstan müxalifəti ölkənin MDB-dən çıxması haqqında müzakirələrdə iştirak edəcək

Dünya xəbərləri Materials 8 May 2006 17:04 (UTC +04:00)

Gürcüstan müxalifəti ölkənin MDB-dən çıxması məsələsinin parlamendə müzakirəyə qoyulduğu halda müvəqqəti olaraq boykotu dayandırmağa razılıq verib. Trend agentliyinin məlumatına əsasən, bu barədə bir neçə müxalifət fraksiyalarının liderləri bildirib.

Boykot bir ay əvvəl daxili işlər nazirliyinin istefaya çıxması və qanunvericiliyə merlərin seçilməsi ilə bağlı əlavənin edilməsi tələbi ilə başlanıb. Müxalifətdən olan deputatlar parlamentin işində iştirak etmir, lakin MDB-dən çıxma məsələsinin müzakirəsinə başlandığı halda istisna etməyə hazırdır.

Müxalifət liderləri hesab edir ki, bu addım ictimaiyyətin razılığını tələb edən tarixi qərardır və müxalifət müvəqqəti olaraq boykotdan imtina etməyə hazırdır.

Eyni zamanda müxalifətçilər bildiriblər ki, boykotun dayandırılması ancaq bu məsələyə aiddir. Bu barədə "Praym-Nyus" xəbər verib.

Xəbər lenti

Xəbər lenti