...

ABŞ Əhmədinejadın məktubuna cavab verməyəcək

Dünya xəbərləri Materials 10 May 2006 13:57 (UTC +04:00)

ABŞ İran prezidenti Mahmud Əçhmədinejadın Corc Buşa ünvanladığı məktuba yazılı cavab vermək niyyətində deyil.

Trend in verdiyi məlumata görə, bu barədə Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Frederik Cons bildirib. O, bazar ertəsi bu məsələ ilə bağlı dövlət katibi Kondolaza Raysın və Ağ Evin mətbuat katibi Skott Makklellanın bəyanatlarına toxunaraq "Biz artıq öz cavabımızı vermişik", -deyə bildirib.

Consun dedikləri Tehranda İran İslam Respublikası XİN-in rəsmi nümayəndəsi Həmid Rza Asəfinin "Əhmədinejadın rəsmi məktubu ünvanladığı şəxsdən" cavab gözləməsi ilə bağlı söylədiklərindən sonraya təsadüf edib. Asəfinin sözlərinə görə, dövlət katibi Raysın bu məktuba verdiyi qiymət Tehran tərəfindən "qeyri-rəsmi" hesab edilir.

Raysın sözlərinə görə,Əhmədinejad 18 səhifəlik məktubunda tarix, fəlsəfə və dini məsələlərə toxunsa da, o, dünya ictimaiyyətinin İranın nüvə proqramı ilə bağlı narahatlığını aradan qaldırımır. "Məktubda bizi maraqlandıran konkret məsələlərə cavab verilmir", - deyə dövlət katibi bildirib.

Makklellanın sözlərinə görə, 3 günlük səfərlə Floridada olan Buş məktubun məzmunu barədə məlumatlandırılıb. Lakin prezidentin məktubu görüb-görmədiyini deməyə mətbuat katibi çətinlik çəkib. Bu zaman Makklellan həmçinin qeyd edib ki, məktub İranın nüvə proqramı ilə bağlı "narahatlığı aradan qaldırmır". Bu barədə İTAR-TASS məlumat verib.

Xəbər lenti

Xəbər lenti