...

İndoneziya İranın nüvə proqramı ilə bağlı danışıqlarda vasitəçilik etməyə hazırdır

Dünya xəbərləri Materials 10 May 2006 14:56 (UTC +04:00)

İndoneziya İranın nüvə proqramı ilə bağlı danışıqlarda öz vasitəçiliyini təklif edir. Bu barədə ölkə prezidenti Susilo Bambanq Yudhoyono (Susilo Bambang Yudhoyono) mayın 10-da İran lideri Mahmud Əhmədinejadla görüşdən sonra keçirilmiş mətbut konfransında bəyan edib.

Trend in xəbər verdiyi kimi, S.B.Yudhoyononun sözlərinə görə, İranın nüvə proqramının "sülh yolu ilə və ədalətli həlli üçün" hələ vaxt var və Tehran da bu problemin dinc üolla nizamlanmasına can atır.

"Əhmədinejad əsl və ədalətli danışıqlardan daha çox şeyə hazırdır", - deyə İndoneziya prezidenti bildirib.

İran prezidenti İndoneziyaya rəsmi səfərlə gəlib. Bu barədə RİA Novosti xəbər verir.

Xəbər lenti

Xəbər lenti