...

Türkiyə Fransanın "erməni soyqırımı"nı siyasiləşdirməsinin yolverilməz olduğunu bildirib

Dünya xəbərləri Materials 10 May 2006 15:40 (UTC +04:00)

Türkiyə Fransaya 1915-ci ildə "erməni soyqırımı"nın inkarının cinayət olmasını elan edən qanun layihəsinin qəbul edilməsinin yolverilməz olduğu barədə xəbərdarlıq edib.

Trend in verdiyi məlumata görə, rəsmi Ankara bu qanunvericilik təşəbbüsünün təsdiqlənəcəyi təqdirdə ikitərəfli münasibətlərə son dərəcə mənfi təsir edəcəyindən xəbər verən diplomatik hücumlara keçib.

Türkiyənin Parisdəki səfiri Osman Korutürkün (Osman Koruturk) məsləhətləşmələr üçün geri çağırılmasından sonra Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan (Tayyip Erdogan) Ankarada Fransanın işgüzar dairələrinin nümayəndələri ilə görüşüb və "erməni soyqırımı" məsələsinin siyasiləşdirilməsinin yolverilməz olduğunu bildirib.

"Bu məsələ ilə tarixçilərin məşğul olması lazımdır ", - deyə "Zaman" (Zaman) qəzeti hökumət başçısının sözlərini misal gətirir.

Ərdoğanın sözlərinə görə, Türkiyə artıq öz arxivlərini 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş faciəli hadisələrlə bağlı olan bütün sənədlərlə tanış olmaq məqsədilə alimlər üçün açıb. Lakin o, "bu müsbət addımın Ermənistan tərəfindən müsbət qarşılanmadığınıg bildirib".

Türkiyə KİV-in məlumatlarına görə, çərşənbə axşamı bir qrup türk parlamentarisi öz fransalı həmkarlarını qalmaqallı qanun layihəsini qəbul etməməyə razı salmaq üçün Parisə uçub.

CNN-Turk telekanalının məlumatına görə, diplomatik həmləyə məşhur türk politoloqları və jurnalistlərinin qrupu da qoşulub. Onların Fransanın Liberation qəzetində dərc olunan birgə məqaləsində iki ölkə arasında münasibətlərin pisləşməsinin mümkünlyü ilə bağlı ciddi narahatlıq ifadə olunub.

Bazar ertəsi həmçinin, Türkiyə Kanadadakı səfiri Aydəmir Ermanı (Aydemir Erman) da məsləhətləşmələr üçün geri çağırıb. Ankara bu sərt addımı bu yaxınlarda Kanada hökumətinin başçısı Stiven Harperin 1915-ci ildə Osmanlı imperiyası dövründə ermənilərin soyqırıma məruz qalmaları barədə rəsmi bəyanatına cavab olaraq atıb. Bu barədə RİA Novosti agentliyi məlumat verib.

Xəbər lenti

Xəbər lenti