...

Vladimir Putin: Rusiya nüvə silahının yayılmaması rejiminin istənilən halda pozulmasına qarşı birmənalı şəkildə çıxır

Dünya xəbərləri Materials 10 May 2006 17:13 (UTC +04:00)

Rusiya nüvə silahının yayılmaması rejiminin istənilən halda pozulmasına qarşı birmənalı şəkildə çıxır. Bu barədə mayın 10-da Rusiya prezidenti Vladimir Putin Federal Yığıncağa illik müraciətində bəyan edib.

Trend in xəbər verdiyi kimi, onun sözlərinə görə, qızğın silahlanmanın başa çatmasından danışmaq hələ tezdir. Dünya siyasətində beynəlxalq terrorçuluqla yanaşı tərk-silah məsələsi də 10 il ərzində ən mühüm istiqamətlərdən biridir", - deyə V.Putin qeyd edib. Onun sözlərinə görə, Rusiya bütün dünyada strateji sabitliyin qorunmasında böyük töhfə verib. RF prezidenti onu da əlavə edib ki, ölkənin hərbi və xarici siyasi doktrinaları nüvə, kimyəvi və bioloji silahların yayılmaması ilə necə mübarizə aparmağa, o cümlədən müasir lokal münaqişələri necə aradan qaldırmağa cavab verməlidir. Bu barədə RBK xəbər verir.

Xəbər lenti

Xəbər lenti