...

Norvec Gürcüstanın NATO-ya qoşulmasını dəstəkləyir

Dünya xəbərləri Materials 11 May 2006 18:35 (UTC +04:00)

Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvili ilə Norvec xarici işlər nazirliyinin dövlət katibi Kietil Skoqrand arasındakı görüşdə Gürcüstanın NATO-ya qoşulmaq perspektivləri müzakirə olunub.

"Praym-Nyus" agentliyinin yaydığı məlumata əsasən, Norvec tərəfi Gürcüstanı NATO-ya qoşulmaq məsələsində tam dəstəklədiyini bildirib.

Görüş zamanı ikitərəfli siyasi və iqtisadi əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Trend agentliyi xəbər verir ki, Norvec Gürcüstanda konkret iqtisadi və sosial layihələr gerçəkləşdirməyə hazır olduğunu bildirib.

Tərəflər ticari-iqtisadi əlaqələrin dərinləşdirilməsi məqsədilə hüquqi baza yaratmaq haqqında razılığa gəlib və Norvec Xarici İşlər Nazirliyinin gürcü diplomatlarının hazırlanması məsələsindəki rolunu müzakirə edrb.

K.Skoqrand Gürücstan XİN-nin başçısını bu il Norvecə rəsmi səfərə dəvət edib. O Bu barədə "Praym-Nyus" agentliyi xəbər verib.

Xəbər lenti

Xəbər lenti