...

Ermənistan parlamentinin spikeri istefaya getmək barədə qərar qəbul edib

Dünya xəbərləri Materials 12 May 2006 11:07 (UTC +04:00)

Ermənistan parlamentinin spikeri Artur Baqdasaryan isteafa barədə qərar qəbul edib. Onun rəhbərlik etdiyi "Orinas erkir" (Qanun ölkəsi) partiyası isə iqtidardakı koalisiyanın tərkibindən çıxacaq.

Trend in verdiyi məlumata görə, bu barədə "Orinas erkir" parlament fraksiyasının üzvü Oqannes Marqaryan Yerevanın "Şant" telekanalının birbaşa efirində bəyan edib. O bildirib ki, spikerin istefa və iqtidarda koalisiyasından çıxmaq barədə qərarı dünən axşam "Orinas erkir" partiyasının siyasi şurasının genişləndirilmiş iclasında yekdilliklə qəbul edilib.

Oqannes Marqaryan bu gün Artur Baqdasaryanın mətbuat konfransı keçirəcəyini və öz istefası və "Orinas erkir"in iqtidar koalisiyasından çıxması ilə bağlı rəsmi bəyana verəcək.

Son bir neçə gün ərzində "Orinas erkir" [QQ] V teçenie poslednix neskolğkix dney iz fraküii "Orinas erkir" partiyasını bir neçə parlamentari tərk edib.

"Orinas erkir" Ermənistanın Respublika Partiyası və "Daşnakstyun" partiyasının ilə birgə 2003-cü il parlament seçkilərinin yekunlarına əsasən imzaladıqları memoranduma əsasında iqtidar koalisiyasının tərkibinə daxildir. Bu barədə Mediamaks məlumat verib.

Xəbər lenti

Xəbər lenti