...

ABŞ Dövlət Departamenti: Vaşinqton İranla birbaşa danışıqlar aparmayacaq

Dünya xəbərləri Materials 12 May 2006 11:20 (UTC +04:00)

ABŞ İranla birbaşa ikitərəfli danışıqlar aparmayacaq. Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Şon MakKormak bəyan edib. Onun sözlərinə görə, bu məsələdə ABŞ-ın mövqeyi belədir: Vaşinqtonla Tehran arasında kifayət qədər rabitə kanalları var. Odur ki, istənilən tərəf bir-birinə sərbəst informasiya ötürə bilər. Bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Trend in verdiyi məlumata görə, bundan əvvəl İran prezidenti Mahmud Əhmədinejad Tehranın nüvə proqramı ilə bağlı İsraildən başqa, ABŞ və istənilən ölkə ilə danışıqlar aparmağa hazır olduğunu bəyan etmişdi. O həmçinin qeyd etmişdi ki, əgər İran hədələnərsə, danışıqlar prosesi hiss olunacaq dərəcədə mürəkkəbləşə bilər. Bu zaman İran prezidenti BMT TŞ-nın İrana münasibətdə sanksiyalar tətbiq edəcəyindən narahat olmadığını bəyan edib.

Onun sözlərinə görə, İranın təcrid olunacağı halda Qərb dövlətləri uduzan tərəf olacaqlar.

Xatırladaq ki, ABŞ İranı dinc nüvə proqramı pərdəsi altında kütləvi qırğın silahının hazırlanmasında ittiham edir. Tehran bu ittihamları qəti şəkildə rədd edir və özünün dinc atom energetikası sahəsində işlərin aparılmasında hüququ olduğunu israr edir. Bu barədə RBK agentliyi məlumat yayıb.

Xəbər lenti

Xəbər lenti