...

Mahmud Əhmədinejad: Corc Buşa məktub peyğəmbərlərin mədəniyyətinə çağırışdır

Dünya xəbərləri Materials 12 May 2006 16:46 (UTC +04:00)

Cümə axşamı Cakartada keçirilmiş mətbuat konfransında çıxış edən İran prezidenti Mahmud Əhmədinejad bəyan edib ki, onun Corc Buşa məktubu "İranın nüvə proqramı haqda deyil, əksinə islama və peyğəmbərlərin mədəniyyətinə çağırışdır".

Trend in xəbər verdiyi kimi, İndoneziyaya rəsmi səfərinin 3-cü günü, yəni mayın 12-də M.Əhmədinejad bu ölkə KİV-i üçün mətbuat konfransı keçirib. Konfrans zamanı onun ABŞ prezidentinə məktubuna da toxunulub.

"Əslində mən nüvə problemini məktub yazmaq üçün mühüm məsələ hesab etmirəm. Biz beynəlxalq qanunlar əsasında fəaliyyət göstəririk. Bizim fəaliyyətimiz açıq və aydındır. Biz daha əsas məsələlərin həllinə çalışırıq", - deyə o jurnalistlərə bildirib.

Prezident məktubu bütün peyğəmbərlərin səslədiyi birlik və ədalətə çağırış adlandırıb. "Əgər bu, baş verərsə, o zaman həlli tələb olunan problemlər qalmayacaq", - deyə o əlavə edib.

"Biz bəşəri ideallara çağırış məktubu göndərmişik və bu məktuba necə cavab veriləcəyini zaman göstərəcək", - deyə İran prezidenti vurğulayıb. Bu barədə İRNA xəbər verir.

Xəbər lenti

Xəbər lenti