...

Gürcüstan Milli Bankının prezidenti BVF-nin nümayəndə heyətilə görüşüb

Dünya xəbərləri Materials 12 May 2006 17:18 (UTC +04:00)

Gürcüstan Milli Bankının prezidenti Roman Qotsiridze cümə günü Tbilisidə səfərdə olan Beynəlxalq Valyuta Fondunun nümayəndələri ilə görüşəcək.

Trend agentliyinin məlumatına əsasən, nümayəndə heyətinə BVF-nin Mərkəzi Asiya və Yaxın Şərq ölkələrindəki nümayəndəsi Con Uykman-Linn rəhbərlik edir.

Görüş zamanı yoxsulluğun aradan qaldırılması proqramının və pul-kredit siyasətinin gerçəkləşdirilməsi ilə bağlı məsələlərə toxunulacaq.

Səfər zamanı qonaqların millət vəkilləri, hökumət üzvləri, iş adamları vvə qeyri-hökumət təşkilatları nümayəndələri ilə görüşü planlaşdırılıb. Bu barədə "Praym-nyus" xəbər verib.

Xəbər lenti

Xəbər lenti