...

Ukrayna TŞ-nin katibi: Ukrayna MDB-dən çıxmayacaq

Dünya xəbərləri Materials 12 May 2006 18:42 (UTC +04:00)

Ukrayna MDB-nin tərkibindən çıxmağa hazırlaşmır və birliyin fəaliyyətinin iqtisadi nəticələrinin artırılmasına çalışır. Bu barədə Ukrayna Təhlükəsizlik Şurasının katibi Anatoli Kinax bəyan edib.

"Dövlət başçıları, hökumət rəhbərləri üçün görüşmək, dialoq aparmaq və problemi müzakirə etmək imkanı olduqda, artıq məna da var. Bu, müsbət haldır", - deyə A.Kinax bildirib.

"Bərabər hüquqlu iki və çoxtərəfli əməkdaşlıq şəraiti formalaşdırmaq lazımdır. Biz belə MDB-nin tərəfdarıyıq", - deyə o qeyd edib. A.Kinax nəzərə çatdırıb ki, Ukrayna daim bununla bağlı məsələləri Birliyin digər ölkələri qarşısına qoyur. Bu barədə Praym-nyus xəbər verir.

Xəbər lenti

Xəbər lenti