...

BMT-nin baş katibi İrana moratorium tətbiq etməyi təklif edir

Dünya xəbərləri Materials 13 May 2006 11:49 (UTC +04:00)

İran uranın zənginləşdirilməsi üzrə ən azı beşillik moratorium tətbiq etməlidir. Belə bir fikirlə BMT-nin baş katibi Kofi Annan çıxış edib.

Trend in verdiyi məlumata görə, onun fikrincə, İran "əks halda, etimad problemi ilə üzləşə bilər. Əgər İran beş il ərzində uranın zənginləşdirilməsi üzrə işləri dayandırarsa, o, beynəlxalq birliyin etmadını qaytarmağa nail olar".

Annan qeyd edib ki, "beynəlxalq ictimaiyyət İrandan uranın zənginləşdirilməsi ilə bağlı işləri dayandırmağı tələb etmir. Lakin bu, indiyə kimi elan edilməmiş bütün nüvə proqramı ilə əlaqədar məsələlərlə bağlı etimadı ona qaytara bilər".

BMT-nin baş katibi, həmçinin, AB-nin Tehranla danışıqları apara biləcək forum olmaması nöqteyi-nəzərini dəstəkləyərək belə danışıqların yalnız İranla BMT arasında aparıla biləcəyini əlavə edib. Annan bu bəyanatını Haaqada "Klingeldal" diplomatik tədqiqatlar institutunun təşkil etdiyi energetika və beynəlxalq münasibətlər üzrə forumda iştirak edərkən səsləndirib. Bu barədə "İnterfaks" məlumat verib.

Xəbər lenti

Xəbər lenti