...

Viktor Yuşenko Ukraynanın baş naziri vəzifəsinə istənilən namizədi nəzərdən keçirməyə hazırdır

Dünya xəbərləri Materials 13 May 2006 12:23 (UTC +04:00)

Ukrayna prezidenti Viktor Yuşenko Ukraynanın baş naziri vəzifəsinə parlament koalisiyası ilə "birlikdə işləyəcəyi halda" istənilən namizədi nəzərdən keçirməyə hazırdır. Prezident Natolinedə (Polşa) Avropa kollecinin tələbələri ilə görüşündə Yuliya Timoşenkonun namizədliyi ilə bağlı sualı belə cavablandırıb. Bu barədə Ukrayna prezidentinin mətbuat xidmətindən məlumat verilib.

V.Yuşenkonun fikrincə, bu gün parlament koalisiyasının iştirakçıları üçün ən vacib məsələ ölkənin daxili və xarici siyasəti üzrə "əsas prioritetlərin ümumi görüntüsü barədə" razılığa gəlməkdir. Ukrayna prezidenti bir daha bütün hədələrə cavab verən, gələcəkdə koalisiyanın işinin sabitsizləşməsinə və onun parçalanmasına mane ola biləcək "dolğun siyasi razılaşmanın" bağlanmasının əhəmiyyətini qeyd edib.

V.Yuşenko koalisiya ilə bağlı danışıqlar prosesinin iştirakçıları arasında onların müxtəlif baxışlara malik olduqları bir sıra məsələlərin olduğunu etiraf edib. Prezident məhz belə məsələlərin koalisiya razılaşması çərçivəsində razılaşmaya ehtiyac olduğuna əminliyini bildirib. Əgər siyasi razılaşmanın əsas hissəsi problemli məsələlərə prisipial cavablar verərsə, "baş nazirin namizədliyi barədə məsələ ikinci dərəcəli ola bilər ", -deyə prezident qeyd edib.

V.Yuşenko baş nazirin namizədliyinə yalnız bu fiqurun siyasi razılaşmanın müəyyən etdiyi mövqenin əldə etdiyi metodları və məqsədləri gücləndirəcəyi kontekstində nəzərdən keçirəcəyini" vəd edib. Bu barədə RBK məlumat verib.

Xəbər lenti

Xəbər lenti