...

Mahmud Əhmədinejad: Qərb İranın nüvə proqramından Tehrana təzyiq göstərmək üçün bəhanə kimi istifadə edir

Dünya xəbərləri Materials 13 May 2006 12:29 (UTC +04:00)

Qərb İranın nüvə proqramından Tehrana təzyiq göstərmək üçün bəhanə kimi istifadə edir. Bu barədə İran prezidenti Mahmud Əhmədinejad İndoneziya parlamentinin rəhbərliyi ilə görüşündə bəyan edib.

"Əslində Qərb ölkələri guya İranın nüvə proqramının dinc məqsədlərdən uzaq olmasından narahat deyil və həmin ölkələrin bununla bağlı bəyanatları böyük yalandır", - deyə M.Əhmədinejad bildirib. O qeyd edib ki, Qərb ölkələri "nüvə sınaqlarının aparılmasını qadağan edən müvafiq müqavilələrə baxmayaraq, belə sınaqlar aparmaqda davam edir". Bu barədə IRNA xəbər verir.

Hazırda İran prezidenti 5 günlük rəsmi səfərlə İndoneziyadadır. Bu barədə RBK xəbər verir.

Xəbər lenti

Xəbər lenti