...

Ukrayna prezidenti Avropa Birliyindən Ukrayna boruları üçün bazarların bağlanmamasını xahiş edir

Dünya xəbərləri Materials 13 May 2006 12:47 (UTC +04:00)

Ukrayna prezidenti Viktor Yuşenko Ukrayna istehsalı olan tikişsiz boruların Avropa Birliyinə idxalı ilə bağlı antidempinq təhqiqatları keçirilməsi üçün Avstriyanın federal kansleri Volfqanq Şyusselə məktubla müraciət edib. Bu barədə prezidentin katibliyində keçirilən bu günkü brifinqdə dövlət başçısının mətbuat katibi İrina Geraşenko məlumat verib. Prezidentin məktubunda bildirilir ki, "ötən ilin sonlarında dövlətimizə verilən bazar iqtisadiyyatı statusu Avropa dövlətləri tərəfindən Ukraynada bazar dəyişikliklərinə dəstəkdə müsbət siqnal olub və AB-nin ticarət sahəsində gələcək fəal əməkdaşlığa hazırlığını sübut edir".

V.Yuşenkonun fikrincə, Avropa Komissiyasının yeni antidempinq tədbirləri Ukrayna ilə AB arasında ticari-iqtisadi sahədə tərəfdaşlıq və əməkdaşlıq barədə razılaşmanın ruhuna o qədər də cavab vermir. Boru sənayesi Ukrayna iqtisadiyyatının hərəkətverici qüvvələrindən biridir və V.Yuşenko əmindir ki, bu məhsulun idxal risumlarının artırılması onun Avropa Birliyinə ixracının faktiki olaraq dayandırılmasını qaçılmaz edir.

Ukrayna dövlətinin başçısı hesab edir ki, son zamanlar ikitərəfli əməkdaşlığın ticari-iqtisadi sahədə fəallaşdığının müşahidə edildiyi bir şəraitdə Avropa Birliyinin Ukraynanın istehsal borularına tətbiq etdiyi məhdudiyyət tədbirləri ümumilikdə Ukrayna cəmiyyəti üçün həddən artıq mənfi siqnaldır. Bu barədə RBK məlumat verib.

Xəbər lenti

Xəbər lenti