...

İran Rusiya ilə danışıqları davam etdirməyə hazırdır

Dünya xəbərləri Materials 13 May 2006 17:36 (UTC +04:00)

İran Rusiya ilə nüvə proqramı haqqında danışıqları davam etdirməyə hazırdır. Bunu İranın xarici işlər naziri Manuçöhr Möttəki şənbə günü bəyan edib.

"Bir Rusiyalı həmkarlarımızın təkliflərilə bağlı danışıqları davam etdirməyə hazırıq" - deyə İran naziri qeyd edib. Trend agentliyinin məlumatına əsasən, o deyib ki, "İran iki əsas elementi özündə ehtiva edən istənilən təşəbbüsu dəstəkləyir".

Birincisi, İranın sülh məqsədləri üçün nüvə texnologiyalarını inkişaf etdirmək hüququnun tanınmasıdır ki, bu da sözdə deyil, konkret addımlarda özünü göstərməlidir.

İkincisi, nüvə silahından qeyri-sülh məqsədləri üçün istifadənin qarşısını almaq üçün nüvə silahının yayılmaması barədə sazişin və nəzarət rejiminin gücləndirilməsidir.

"Bunları anlayaraq, biz Rusiyalı dostlarımızın irəli sürdüyü təkliflərlə bağlı danışıqları davam etdirməyə hazırıq" - deyə M.Möttəki qeyd edib.

İran naziri İndoneziyanın kurort adası Balidə açılmış Səkkiz inkişaf etmiş ölkə qrupunun zirvə görüşündə iştirak edir. 1997-ci ildə yaradılmış bu beynəlxalq təşkilata İrandan başqa, əhalisinin əksəriyyəti müsəlman olan Banqladeş, Misir, İndoneziya, Malayziya, Nigeriya, Pakistan və Türkiyə daxildir. Bu barədə "RİA Novosti" xəbər verib.

Xəbər lenti

Xəbər lenti