...

Malayziyanın Petronas şirkəti Xəzərin Türkmənistan sektorunda neft hasilatına başlayıb

Dünya xəbərləri Materials 15 May 2006 18:19 (UTC +04:00)

Malayziyanın Petronas şirkəti Xəzərin Türkmənistan sektorunda yerləşən Diyarbəkir yatağında neft hasilatına başlayıb. Türkmənistanın neft-qaz sənayesi və mineral ehtiyatlar nazirinin müavini İşanqulı Nurıyevin verdiyi məlumata görə, şirkət sutka ərzində 1,5 mi7 ton neft hasil edir.

Trend in verdiyi məlumata görə, beləliklə, demək olar ki, 10 il ərzində aparılan kəşfiyyat işlərindən sonra Petronas Dragon Oil şirkətindən sonra Xəzərin Türkmənistana aid sektorunda neft hasil edən ikinci xarici şirkətdir. Bu il Dragon Çeleken yatağından 940 min ton neft hasil edib. Türkmənistan prezidenti Saparmurat Niyazov Nazirliyə Petronas şirkətinə Diyarbəkir yatağındjan neft hasil etməyə imkan verən razılaşma imzalamaq barədə sərəncam verib.

Xəbər lenti

Xəbər lenti