...

Ermənistan prezidenti NATO Parlament Assambleyasının plenar iclasında iştirakdan imtina edib

Dünya xəbərləri Materials 16 May 2006 11:10 (UTC +04:00)

Ermənistan prezidenti Robert Koçaryan NATO Parlament Assambleyasının mayın 26-dan 30-dək Parisdə keçiriləcək plenar iclasında iştirakdan imtina edib.

Bu barədə Armİnfoya NATO PA-nın mətbuat xidmətindən məlumat verilib.

R.Koçaryanın mətbuat katibi Viktor Soqomonyan onun yaz sessiyasında iştirakdan imtina etməsini çox məşğul olması ilə əsaslandırıb. "Prezident gərgin qrafiklə əlaqədar sessiyada iştirakdan imtina edib. Sessiyanın keçiriləcəyi günlərdə ATƏT MQ həmsədrləri regiona səfər etməlidir. Bundan başqa, bu tarix Ermənistanda bayram günləri ilə üst-üstə düşür", - deyə o qeyd edib.

Xatırladaq ki, NATO PA sədri Pyer Leluş Ermənistan və Azərbaycan prezidentləri Robert Koçaryan və İlham Əliyevi Assambleyanın yaz sessiyasında iştirak etməyə dəvət edib. P.Leluş qeyd edib ki, NATO PA Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səy göstərir. Qeyd edək ki, sessiya çərçivəsində prezidentlərin görüşünün təşkili məsələsi də açıq qalıb.

V.Soqomonyan vurğulayıb ki, R.Koçaryanın sessiyada iştirakdan imtina etməsini Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində beynəlxalq ictimaiyyətin Ermənistana təzyiqi üçün əsas ola bilməyəcəyi qənaətindədir.

Xəbər lenti

Xəbər lenti