...

Gürcüstan hərbçiləri Almaniya və Bosniya-Herseqovinada keçirilən təlimlərdə iştirak edir

Dünya xəbərləri Materials 17 May 2006 11:11 (UTC +04:00)

Gürcüstan hərbçiləri Almaniya və Bosniya-Herseqovinada keçirilən rabitə vasitələri və informasiya sistemləri üzrə təlimlərdə iştirak edir.

Müdafiə Nazirliyindən Praym-Nyusa verilən məlumata görə, təlimlərdə iki qrupa bölünmüş 17 gürcü hərbi qulluqçu iştirak edir.

Bu hərbçilərə Silahlı Qüvvələr baş qərargahı rabitə departamentinin yeni texnologiyalar şöbəsinin rəisi mayor Mixail Kavtaradze rəhbərlik edir.

Trend in xəbər verdiyi kimi, NATO-ya üzv ölkələrin və Şimali Atlantik Alyansının tərəfdaş dövlətlərinin nümayəndələri nəzarət, kommunikasiya və kompüter sistemləri sahəsində testlər aparacaq.

Bu istiqamətdə əldə olunmuş təcrübə gələcəkdə birgə döyüş, sülh məramlı və xilasetmə əməliyyatları aparmağa imkan verəcək.

Təlimlərdə 1200-dən çox hərbi qulluqçu və mülki ekspertlər iştirak edir.

Təlimlər "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində keçirilir. Yekun üçgünlük konfrans mayda Tiflisdə keçiriləcək. Bu barədə KAVKAZ-PRESS xəbər verir.

Xəbər lenti

Xəbər lenti