...

Gürcüstan müxalifəti ölkənin MDB-dən çıxması barədə birgə bəyanat qəbul edib

Dünya xəbərləri Materials 17 May 2006 16:23 (UTC +04:00)

Gürcüstanın müxalifət partiyaları ölkənin MDB-dən çıxması və Rusiya sülhyaratma qüvvələrinin Gürcüstan-Osetiya və gürcü -abxaz münaqişələri zonasından çıxarılması barədə birgə bəyanat qəbul edib.

Trend in verdiyi məlumata görə, ölkə hökumətinə göndəriləcək bəyanat müxalifət partiyalarının çərşənbə axşamı keçirilən görüşündə qəbul edilib.

Bəyanatın müəllifləri "siyasi məhbusların azad olunmasını, yeni seçki qanunvericiliyinin qəbul edilməsini və DİN əməkdaşları tərəfindən həyata keçirilən zorakılıq aktlarının iştirakçılarının cəzalandırılmasını" tələb ediblər.

Bəyanatı Milli-Demokratik Partiya, Milli Müstəqillik Partiyası, Xristian-Demokratik Partiya, "Narodnıy forum" ictimai-siyasi hərəkatı və digərləri imzalayıb. Bu barədə Praym-Nyus məlumat verib.

Xəbər lenti

Xəbər lenti