...

Gürcüstanda əhalinin ümumi siyahıyaalınması keçiriləcək

Dünya xəbərləri Materials 18 May 2006 16:09 (UTC +04:00)

Gürcüstan hökuməti əhalinin ümumi siyahıyaalanmasına hazırlıq işlərinə başlayıb.

Maliyyə Nazirliyinin kommunikasiyalar və ictimaiyyətlə əlaqələr departamentindən "İnterpressNyus" agentliyinə verilən məlumata görə, Gürcüstan hökuməti 2010-cu il yanvarın 21-28-də keçiriləcək ümumi siyahıya almaya ciddi hazırlıq görür.

Trend in Gürcüstanın Online servisinə istinadən verdiyi məlumata görə, bu işlər üçün prezidentin fərmanına müvafiq olaraq əhalinin ümumisiyahıya alınması üzrə dövlət təşkilat komissiyası yaradılıb.

Mayın 18-də saat 13.00-də Maliyyə Nazirliyində nazir Aleksi Aleksişvilinin başçılıq etdiyi təşkilat komitəsinin ilk iclası keçirilib. Dövlət komissiyasının tərkibinə Nazirlər Kabinetinin üzvləri, Statistika Departamentinin nümayəndələri daxildir.

Xəbər lenti

Xəbər lenti