...

BMT-nin baş katibi İrana təzyiq göstərməməyə çağırır

Dünya xəbərləri Materials 18 May 2006 16:11 (UTC +04:00)

BMT-nin baş katibi Kofi Annan İranın nüvə proqramı ətrafındakı debatlarda "hərarəti azaltmağa" çağırıb və problemin həlli yolunun Təhlükəsizlik Şurasının üzvləri tərəfindən tapılacağına ümidvar olduğunu bildirib.

Trend in İTAR-TASSa istinadən xəbər verdiyi kimi, bu barədə K.Annanın Tokio universitetində çıxış etdiyi məruzənin mətnində deyilir. "Mən çox ümid edirəm ki, TŞ-də aparılan müzakirələr problemin danışıqlar yolu ilə həllinə yeni təkan verəcək", - deyə o bəyan edib. "Bundan başqa hərarəti azaltmaq və vəziyyəti daha da gərginləşdirə biləcək hərəkətlərə yol verməmək zərurəti də yaranıb. Əks halda biz qlobal gərginliyin artmasını və məsələnin həllində arzuolunmaz ləngimələri müşahidə edəcəyik".

Tokio mənbələri göstərir ki, Kofi Annan TŞ-yə üzv olan 5 ölkədən, o cümlədən Almaniyadan yüksək vəzifəli diplomatların iştirakı ilə aparılan məsləhətləşmələri nəzərdə tutub.

Xəbər lenti

Xəbər lenti