...

Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri İranda İraq səhvlərinin təkrarlanmayacağını vəd edib

Dünya xəbərləri Materials 19 May 2006 16:48 (UTC +04:00)

ABŞ prezidenti Corc Buşun MKİ-yə direktor təyin etdiyi general Maykl Heyden cümə günü onun bu vəzifəyə təsdiqlənəcəyi halda kəşfiyyatın İraqda yol verdiyi səhvləri İranda təkrarlamayacağını senatorlara vəd edib.

Trend in İnterfaksa istinadən verdiyi məlumata görə, general ABŞ-ın İraqa hücuma hazırlaşdığı dövrdə MKİ-nin Səddam Hüseyn rejiminin kütləvi qırğın silahına malik olmasını təsdiqləməklə "səhvə yol verdiyini" etiraf edib. Bu müdaxilə üçün əsas olub. Lakin ölkəyə hücumdan sonra bu silahın heç bir izi aşkar olunmayıb.

Heyden bildirib ki, "İraqdakı vəziyyət kəşfiyyat ictimaiyyətində əsl tufana çevrilib " və özünün təsdiq olunacağı halda İraqda buraxılan səhvlərin İranda təkrarlanmaması üçün əlindən gələni edəcəyini vəd edib.

HHQ generalı Heydenin namizədliyi Konqresdə şübhə ilə qarşılanıb. Buna səbəb onun hazırda rəhbəri olduğu Milli Təhlükəsizlik Agentliyi məhkəmə orderi olmadan amerikalıların telefon danışıqlarının total dinlənilməsini və elektron poçtlarının qeydiyyatını aparmasıdır. General özü 20 ildən artıq kəşfiyyat fəaliyyəti təcrübəsinə malik olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti