...

MDB dövlət başçıları şurasının sədri vəzifəsi Nursultan Nazarbayevə keçir

Dünya xəbərləri Materials 20 May 2006 12:03 (UTC +04:00)

MDB dövlət başçıları şurasının (DBŞ) sədri vəzifəsi şənbə günü Qazaxıstan prezidenti Nursultan Nazarbayevə keçəcək.

RF prezidentinin köməkçisi Sergey Prixodkonun jurnalistlərə bildirdiyi kimi vəzifənin ötürülməsi Vladimir Putin və Nursultan Nazarbayevin şənbə günü Soçidə keçiriləcək göründə əsas məsələlərdən biri olacaq.

Trend agentliyinin "RİA Novosti"yə istinadən yaydığı məlumata əsasən, MDB-nin avqustda Kazanda keçirilmiş zirvə görüşündə liderlər sədrliyin Qazaxıstan prezidentinə verilməsi haqqında razılığa gəlib.

Bu qərarın rəsmiləşdirilmə prosesi artıq başa çatıb. Bu qərarı MDB-nin 10 lideri imzalayıb. Bu gün həmin sənədin altından V.Putin və N.Nazarbayev imza atacaq.

Beləliklə, onun sözlərinə görə, şənbə günü uzun, lakin vacib təsdiqləmə proseduru başa çatacaq.

Bundan əlavə, V.Putin Qazaxıstan prezidentinin "səkkizliyin" zirvə görüşünə dəvət olunmasını təsdiqləyəcək. Bu görüş iyulun 15-17-də Sankt-Peterburqda təşkil olunacaq.

Dövlət başçıları şurası - MDB ölkələrinin təmsil olunduğu ali orqandır.

Bu şuranın fəaliyyəti MDB-nin yaradılması haqqında 8 dekabr 1991-ci il sazişi və MDB-nin nizamnaməsi (22 yanvar 1993-cü il) ilə tənzimlənir. Nizamnaməyə görə, şuraya MDB ölkələrini təşkilatda təmsil edən nümayəndələr rotasiya yolu ilə bir ildən bir sədrlik etməlidir.

Lakin təcrübədə buna nadir hallarda riayət olunur. Adətən dövlət başçıları hər hansı bir ölkə nümayəndəsini təklif edir və hamı razılaşdıqda o, sədr seçilir.

Xəbər lenti

Xəbər lenti